12 Noyabr 2022 15:51
1 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin sui-qəsd ehtimalına görə G20-nin İndoneziyada keçiriləcək sammitinə qatılmaqdan imtina edib.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

Ekspert Ukraynada davam edən müharibəyə görə tənqid hədəfi olan Putinin digər ölkələrin təzyiqindən yayınmaq və sui-qəsd ehtimalına qarşı zirvəyə qatılmaqdan imtina etdiyini bildirib.

Markov iddia edib ki, İngiltərə, ABŞ və ya Ukrayna xüsusi xidmət orqanları Putinə sui-qəsdə cəhd edə bilərlər.

Rusiyanın Ukraynanın işğal edilmiş Xerson vilayətindən geri çəkilmə qərarını sərt şəkildə tənqid edən politoloq Putinin kameralar önündə bir fəalın hücumuna məruz qalaraq yerə yıxılıb rüsvay olmaqdan qorxduğunu da söyləyib:

“Əminəm ki, bəzi qərblilər belə bir plan hazırlayıblar”.

Rusiyanın Xersondan çıxması ölkədə kəskin təpkilərə səbəb olur. Dövlət televiziyasının önəmli simalarından biri olan Anastasya Kasevarova bildirib ki, Xersonun itirilməsi geriyə böyük addımdır. Kasevarova bir çox mühüm rayonları itirdiklərini də söyləyib.

“Böyük planımız nə idi? Məncə, Kremldə və ya Müdafiə Nazirliyində kimsə bunun cavabını bilmir”, - Kasevarova vurğulayıb.

“Komsomolskaya Pravda”nın analitiki Sergey Mardan isə deyib ki, Ukraynadakı “xüsusi əməliyyat” Xersondan geri çəkilmək qərarı ilə başa çatıb.

“Uzun bir müharibə başladı”, - ekspert əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər