Müxtəlif sammitlər üçün Kambocanın paytaxtı Pnompenə eyni vaxtda gələn Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ Prezidenti Co Bayden “Rusiya” bulvarında avtomobillə hərəkət ediblər.
Teleqraf.com xəbər verir ki, Bayden Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN)-ABŞ sammiti üçün Pnompenə gəlib, Lavrov isə Şərqi Asiya Sammitində (EAS) iştirak edəcək.
“Rusiya” bulvarı dövlət binalarının, eləcə də universitetlərin yerləşdiyi Pnompen şəhərinin mərkəzi küçələrindən biridir.
Küçəyə bu ad SSRİ-nin Kambocaya yardımına görə verilib.