ABŞ Ukraynaya növbəti hərbi yardım paketi hazırlayır. Bu barədə yaxın həftələrdə məlumat veriləcək.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə ABŞ Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bildirib.
“Siz bu günlərdə elan etdiyimiz yardım paketindən xəbərdarsınız. Yaxın həftələrdə növbəti paket elan olunacaq” – deyə Sallivan vurğulayıb.
Müşavirin sözlərinə görə, ikinci paket də əvvəlki həcmdə olacaq.