Fransa Prezidenti Emmanuel Makron İstanbulda baş verən terror aktına görə Türkiyə xalqına başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, Fransa lideri başsağlığı mesajını sosial şəbəkə hesabından türk dilində paylaşıb.
“Millətimiz üçün çox anlamlı olan bu gündə 2015-ci il noyabrın 13-də həyatını itirənləri yad edərkən, türk xalqı qəlbindən - İstanbuldan hücuma məruz qaldı. Türk xalqına mesajımız budur: kədərinizi bölüşürük. Başınız sağ olsun. Terrorla mübarizədə sizinləyik”, - Makron bildirib.