Ukraynanın Xerson vilayətindən geri çəkildikdən sonra Rusiyanın Donetskə yenidən qoşun yeridəcəyi ehtimal edilir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirir.
Məlumatda deyilir ki, bu səbəbdən regionun qərbində və Baxmut və Donetsk ətrafında hərbi əməliyyatlar daha da intensivləşə bilər.
“Çox güman ki, Rusiya qüvvələri yaxın günlərdə və ya həftələrdə bu ərazilərdə uğurlu əməliyyatlar keçirəcək. Amma bu uğurların əməliyyat baxımından əhəmiyyəti azdır”, - materialda vurğulanır.
Hazırda Donbasda şiddətli döyüşlərin getdiyi də bildirilir.