Ukrayna Müdafiə Nazirliyinin müharibə ilə bağlı paylaşdığı video beynəlxalq ictimaiyyətin gündəmini cəlb edib.
Teleqraf.com xəbər verir ki, sözügdən videoda ukraynalı snayperçinin təxminən 2,7 kilometr uzaqlıqda bir rus əsgərini güllələdiyi görünür.
Ukrayna rəsmiləri bunun ən uzun məsafə olduğunu bildirir və yeni rekordun qeydə alındığını deyirlər.
İngiltərə mətbuatı yazıb ki, əvvəllər britaniyalı snayperçi oxşar məsafədən uğurla atəş açıb, ancaq indi ukraynalı əsgərin performasından sonra geri düşüb.
“Ukraynalı snayperçi ən uzun atışlardan birini etməklə dünya rekordu qırmağa çox yaxın olub”, - Ukrayna Silahlı Qüvvələrinin Strateji Rabitə İdarəsi qeyd edib.