Amerikanın “SpaceKnow” şirkətinin peyk görüntülərinin təhlili əsasında sentyabrın 26-na qədər olan tarixlərdə “Şimal axını-2”nin yaxınlığında iki “qaranlıq gəmi” adlandırılan gəminin aşkar edildiyi iddia edilib.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə ABŞ-ın “Vired” jurnalına danışan “SpaceKnow”un baş direktoru Kerri Javorniki deyib.
“Təxminən 95 və 130 metr uzunluğunda iki gəminin boru kəmərinin sızdığı yerdən bir neçə kilometr keçdiyi aşkar edilib və hər iki gəminin AIS (avtomatik identifikasiya) sistemi bağlanıb”, - mütəxəssis deyib.
Bildirib ki, “SpaceKnow” analizi NATO-ya təhvil verib və əlavə məlumat tələb olunub.
NATO sözçüsü Danimarkanın rəsmi xəbər agentliyi “Ritzau”ya bildirib ki, aldıqları yardımlar və bu mövzuda kimin kömək etdiyi barədə ətraflı məlumat verməyəcəklər.
Bildirilib ki, bütün mövcud məlumatlar “Şimal axını” boru kəmərlərindəki sızmaların “qəsdən və məsuliyyətsiz hərəkət” nəticəsində baş verdiyini göstərir.