17 Noyabr 2022 18:56
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Osetiyada tək mühərrikli təyyarə qəzaya uğrayıb, ilkin məlumatlara görə pilot hadisə yerində ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə regional baş idarəsi “Telegram” kanalında məlumat yayıb.

“Gizel kəndi yaxınlığında Ordu, Aviasiya və Hərbi Dəniz Qüvvələri ilə Əməkdaşlıq üzrə Könüllülər Cəmiyyətinin (DOSAAF) aerodromu ərazisində tək mühərrikli, şəxsi təyyarə qəzaya uğrayıb. Ölən pilotun şəxsiyyəti müəyyən edilir”, deyə bildirilib.

Həmçinin qeyd olunub ki, hadisə yerində Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə axtarış-xilasetmə bölməsinin xilasediciləri çalışırlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər