Finlandiya Ukraynaya 55,6 milyon avroluq hərbi yardım ayırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Finlandiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Yardım prezident Sauli Niinistyonun fərmanı əsasında ayrılıb.
Bu, Finlandiyanın hərbi əməliyyatlar başlayandan indiyədək onuncu müdafiə yardımıdır. Bu Skandinaviya ölkəsi artıq Ukraynaya 160,4 milyon avroluq hərbi yardım göstərib.