Rusiyanın Saxalin adasının Tımovskoye şəhər tipli qəsəbəsində beşmərtəbəli yaşayış binasında partlayış olub.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, partlayışa məişət qazı səbəb olub.
Bildirilib ki, partlayış nəticəsində binanın bir hissəsi dağılıb.
Baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb.
Hazırda dağıntılar altında qalan şəxslərin axtarışı davam edir.