Ukrayna əsgərləri Rusiya Federasiyası Hərbi Hava Qüvvələrinin 76-cı diviziyasının qərargah rəisinin müavini Sergey Nikulini məhv edib.
Teleqraf.com xəbər verir ki, bunu ekspert İrakli Komaxidze bildirib.
Onun sözlərinə görə, ruslar iki gün əvvəl rabitə rəisi, Psov desant diviziyasının qərargah rəisinin müavini, polkovnik-leytenant Sergey Nikulinin zərərləşdirilməsi haqqında məlumat yayıblar.
Nekroloqda bu hallar və yüksək rütbəli rus işğalçısının ləğv olunma tarixi göstərilmir. Buna baxmayaraq, 76-cı diviziyanın Ukraynanın Xerson vilayətində bir neçə ay ərzində “qəhrəmancasına xətt tutduğu” etibarlı şəkildə məlumdur.