“Krımın şimalındakı Armyanskdan təxliyə həyata keçirilmir, bu, Ukrayna hakimiyyətinin yaydığı dezinformasiyadır”.
Teleqraf.com xəbər verir ki, bunu “Krım vilayəti”nin rəhbəri Sergey Aksenov deyib.
Bundan əvvəl Ukrayna mediası atəşə tutulduğuna görə Armyansk şəhərində təxliyənin başlaması haqda məlumat yayılıb.
“Bu, saxtadır, təxliyə yoxdur. Yarımadamızın təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirlər görülür”, - Aksenov bildirib.
O qeyd edib ki, Ukrayna ordusu Krımda gərginlik yaratmaq üçün hər şeyi edir:
“Prezidentin tapşırığı ilə Krımın və krımlıların təhlükəsizliyini təmin etmək üçün 24 saat işləyirəm. Rusiya Krımını Rusiya Federasiyasının subyekti kimi heç nə təhdid etmir. Düşmənlərin yayda Krımda olacaqları ilə bağlı bəyanatlarına gəldikdə, yayda kimin harada olacağını, hansı çayda üzəcəyini və harada istirahət edəcəyini görəcəyik”.