Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrell Ukraynadan taxıl daşınması mövzusunda keçirilən sessiyada deputatların suallarını cavablandırıb.
Teleqraf.com xəbər verir ki, dinləmə Fransanın Strasburq şəhərində Avropa Parlamentinin (AP) Baş Assambleyasında keçirilib.
İspaniyalı deputat Antoni Komin Oliveres Türkiyənin Aİ mallarını sataraq sanksiyalardan yayınması üçün Rusiyaya kömək edib-etmədiyini soruşduqda Borell təxminən iki həftə əvvəl bu haqda xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışdığını bildirib.
“O, mənə Türkiyənin AB-dən idxalı və Türkiyənin Rusiyaya ixracı haqda məlumat verdi. Bu məlumat Türkiyənin Rusiyaya ciddi həcmdə ixrac həyata keçirdiyini göstərir. Ancaq Türkiyənin Aİ-dən idxalında ciddi artım yoxdur. Əldə etdiyim statistik məlumatlara görə, Aİ-nin Türkiyə üzərindən Rusiyaya ixrac üçbucağı qurduğuna dair bir mənzərə görünmür”, - Aİ rəsmisi bildirib.