ATƏT-in xüsusi monitorinq qrupu Ukraynanın şərqində son sutka ərzində atəşkəs rejiminin ciddi pozulma hallarını qeydə almayıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə təşkilatın saytında bildirilir.
Müşahidəçilər hesabatlarında Donetsk və Luqanskda vəziyyətin sakit olduğunu, pozuntuların olmadığını, tərəflərin atəşkəs rejiminə əməl etdiklərini vurğulayıblar.