28 Noyabr 2022 16:52
1 342
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Rusiyadakı müvəqqəti işlər vəkili Elizabet Rudd noyabrın 14-də Ankarada Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Bill Börnslə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin arasında baş tutan görüşün təfərrüatlarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, diplomat görüşdə Ukrayna məsələsinin müzakirə edilmədiyini bildirib.

O qeyd edib ki, Moskva və Vaşinqtonun riskləri, xüsusən də nüvə risklərini idarə etmək üçün kanalları var. Diplomatın sözlərinə görə, Bernsin Narışkinlə görüşünün məqsədi məhz bu sual olub.

“Börns görüşdə Ukraynadakı münaqişənin həllini müzakirə etməyib”, - Rud söyləyib.

Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, ölkələr arasında əlaqəni saxlamaq üçün noyabrın 14-də xarici kəşfiyyat xidmətlərinin rəhbərlərinin Türkiyədə görüşü baş tutub. Onun sözlərinə görə, iki ölkə nümayəndələri arasında təmaslar normal olub, Amerika tərəfi xüsusilə də Kremlin nüvə silahından istifadə ilə bağlı ritorikası fonunda rabitə kanallarının açıq qalmasına əmin olmaq istəyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər