NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin toplantısının ilk günündə yayılan bəyanatda PKK terror təşkilatının son qanlı aktlarından sonra Türkiyə ilə həmrəylik mesajı verilib.
Teleqraf.com xəbər verir ki, bəyanatda NATO-nun 360 dərəcə yanaşma ilə bütün müttəfiqlərini bütün təhdidlərdən qoruyacağı vurğulanıb.
“Terrorun hər cür forma və təzahürlərini qınayırıq, son dəhşətli terror aktlarından sonra can itkilərinin yasını saxlayan Türkiyə ilə həmrəyik”, - bəyanatda qeyd olunub.