1 Dekabr 2022 12:04
1 512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin quru əməliyyatı mesajı PKK terror təşkilatını qorxuya salıb.

Teleqraf.com xəbər verir ki, Suriyanın şimalında keçiriləcək əməliyyatdan əvvəl PKK Türkiyənin hərbi daşımalarını gündəmdə saxlamağa çalışır.

Logistika materialları ilə yüklənmiş 30 yük maşını və müxtəlif hərbi avadanlıqlar yüklənmiş konvoy Suriya-İraq sərhədindəki Əl-Vəlid sərhəd qapısından keçib. Rus hərbçiləri isə Türkiyə Silahlı Qüvvələrinin əməliyyat keçirəcəyi Təl Rıfata yük göndərib.

Terror təşkilatında dağılma da sürətlənib. PKK üzvləri Təl Rifat, Ayn əl-Ərəb (Kobani) və Mənbiçdən ailələrini başqa şəhərlərə göndərirlər.

“Yeni Şafak”ın xəbərinə görə, PKK liderlərindən biri yarım milyon dollarla Şimali İraqa qaçıb. PKK-nın Haseke vilayətindəki qüvvələrinin liderlərindən biri Sərtib Məhəmməd İsmayılın təşkilatdan oğurladığı 500 min dollarla Şimali İraqa qaçdığı deyilir. Məlumata görə, PKK-nı soyub qaçan dəstə lideri baş terrorçu Abdullah Öcalanın yaxın dostu Məhəmməd İsmayılın oğludur. Sərtib Məhəmməd İsmayılın türklərlə döyüşlərdə iştirakdan çəkindiyi iddia edilir.

ABŞ Müdafiə Nazirliyi Türkiyənin PKK-ya qarşı əməliyyatları səbəbindən Suriyanın şimalında “SDQ” adlandırdığı PKK üzvləri ilə patrulların sayını azaldıb. Diplomatlar da daxil olmaqla, bölgədə xidmət edən bütün Amerika mülki personalı İraqın Ərbil şəhərinə təxliyə edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər