1 Dekabr 2022 12:16
1 551
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün məsələnin hərbi yolla həllinə əl atmağa hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidentinin İran üzrə xüsusi nümayəndəsi Robert Melli deyib.

“Prezident Bayden, lazım gələrsə, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün son çarə kimi hərbi variantla razılaşacağını söyləyib”, - ABŞ rəsmisi qeyd edib.

Buna baxmayaraq, Melli əlavə edib ki, hazırda belə bir şey tələb olunmur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər