1 Dekabr 2022 20:26
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın 120-ci ən varlı adamı, rusiyalı iş adamı Roman Abramoviçin İstanbulda kirayələdiyi malikanənin qiyməti eşidənləri təəccübləndirir.

Teleqraf.com xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi səbəbilə tez-tez yaxtaları ilə Türkiyə boğazlarında üzən milyarder bu dəfə İstanbulun sevimli məkanlarından biri olan Beykoz sahilindəki malikanədə yaşamağa hazırlaşır.

Abramoviç əcnəbi turistlərin ən çox üstünlük verdiyi və müasir görünüşü ilə məşhur olan “Feyyaz Tokar” malikanəsinin kirayəçisi olub. Özü və ailəsi üçün kirayələdiyi malikanənin qiyməti isə dodaq qaçırır. Milyarder iş adamı malikanəyə ayda 50 min dollar (təxminən 1 milyon lirə) ödəyəcək.

Sanksiyalar səbəbindən çətin vəziyyətə düşən Abramoviçin işçilərinin maaşını ödəmək üçün dostlarından borc götürdüyü iddia edilirdi. Halbuki onun İstanbulda ən məşhur malikanəni icarəyə götürdüyü deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu