2 Dekabr 2022 10:52
1 779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Küveyt İraqı ərazi sularına daxil olan üç dəniz gəmisini dərhal geri çəkməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, Küveytin İraqdakı səfiri Tariq əl-Fərəc bu ölkənin Xarici İşlər Nazirliyinin departament rəhbəri Üsamə ər-Rifayi ilə görüşüb.

Diplomat görüşdə İraqın üç gəmisinin Küveytin ərazi sularını pozduğunu və bu gəmilərin dərhal geri çəkilməli olduğunu bildirib. Bu baş verməyəcəyi təqdirdə adekvat addım atılacağı İraq rəsmisinin diqqətinə çatdırılıb.

Küveyt Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda İraqın qardaşlıq əlaqələrini gücləndirəcək bütün məsələlərdə və iki ölkənin təhlükəsizliyini və regionun sabitliyini artıracaq şəkildə əməkdaşlığa çağırıldığı bildirilib.

Hadisə ilə bağlı İraq rəsmilərindən hələlik heç bir açıqlama verilməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər