4 Dekabr 2022 15:37
4 445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya İqtisadiyyat Nazirliyi rəsmi Berlinin Çinə dair iqtisadi strategiyasını dəyişmək istədiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, nazirliyin hazırladığı 100 səhifəlik hesabatda Tayvanın ən geci 2027-ci ildə Çinə ilhaqının gözlənildiyi bildirilir və Almaniyanın bu ölkədən iqtisadi asılılığına diqqət çəkilir.

Hesabatda alman şirkətlərinin Çindəki sərmayələrindən asılılığı vurğulanır.

Sənəddə Almaniyanın gələcəkdə dünyanın ikinci ən böyük iqtisadiyyatı olaraq necə mövqe tutacağına dair strategiya üzərində çalışdığı və bu mövzuda hesabat layihəsinin hazırlandığı bildirilir. Qeyd edilir ki, sözügedən strategiya üç başlıq altında hazırlanıb: “Çinlə münasibətlər”, “Almaniya və Avropa İttifaqının (Aİ) gücləndirilməsi” və “İqtisadi və siyasi tərəfdaşlığın şaxələndirilməsi”.

Çin son 6 ildə Almaniyanın ən böyük ticarət tərəfdaşına çevrilib.

Almaniyanın ictimai-siyasi çevrələri Rusiyadan enerji asılılığının böhranla nəticələnməsindən sonra Çindən iqtisadi asılılığı müzakirə edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər