Türkiyə müdafiə naziri Hulusi Akar Suriyada PKK/YPG terror təşkilatına dəstək verən ABŞ və Rusiyaya xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, nazir bu ölkələri terrorçulara dəstəyi dayandırmağa çağırıb.
“Həmsöhbətlərimizə deyirik ki, terrorçulara dəstəyi dayandırsınlar, onların yanında olmasınlar. Yeganə həmsöhbətiniz Türkiyədir. Həmsöhbətlərimizin - Rusiya, ABŞ və digər ölkələrin bizimlə anlaşmaları var. Onlara xatırladırıq ki, buradakı sözlərinə əməl etməlidirlər”, - Akar bildirib.
Müdafiə naziri Türkiyə əleyhinə təxribatçı fəaliyyətlərini davam etdirən Yunanıstana da xəbərdarlıq mesajı ünvanlayıb:
“Həmişə Yunanıstanla dialoqla bağlı təkliflərimizi irəli sürmüşük. Yunanıstanın gərginliyi artıran davranışlarından və ritorikasından əl çəkməsini gözləyirik. Səbirlə dinc üsullara inanırıq. Bizim dialoq çağırışımız zəiflik deyil. Haqqımızı qoruyacağıq. Buna imkan verməyəcəyik. Ağlınızı başınıza yığın, üçüncü tərəflərin sözləri ilə özünüzü göyə qaldırmayın.
Yunanıstana qarşı çox səbirliyik. Dialoq çağırışımız qorxu deyil. Heç bir haqqımızı çeynətməyəcəyik. Qərarınızı verin, ayaqlarınız yerə dəysin”.