İndoneziyanın Mərkəzi Yava əyalətində gecə saatlarında baş verən torpaq sürüşməsində 12 nəfər həyatını itirib.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, hadisə ilə bağlı bölgədə fövləqadə vəziyyət elan edilib. Rəsmilər güclü yağışdan sonra yaranan sürüşmə zamanı 108 nəfərin itkin düşdüyünü və buna görə də ölü sayının artacağını bildirirlər.
Təbii fəlakətdə 105 ev torpaq altında qalıb. Hadisə yerində xilasetmə işləri davam etdirilir.
Samir