5 Dekabr 2022 11:12
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ terror təşkilatı YPG ilə birlikdə Suriyanın şimalında ortaq patrul xidmətinə başladığını bildirib.

Teleqraf.com xəbər verir ki, dörd Amerika zirehli maşını və terrorçuların bir maşınından ibarət patrul xidməti Həsəkə vilayətinin şimal-şərqindəki Rumeylan qəsəbəsi yaxınlığında ABŞ hərbi bazasından çıxarkən görüntülənib.

Patrulun İraq sərhədi yaxınlığındakı digər ABŞ bazasına doğru hərəkət etdiyi bildirilib. Mediaya danışan amerikalı rəsmilər İŞİD-ə qarşı əməliyyatların başlamadığını və birgə patrulların müəyyən bir ərazi ilə məhdudlaşacağını bildiriblər.

Səlahiyyətlilər Əl Hol və İŞİD üzvlərinin ailələrinin olduğu düşərgələrin ətrafında patrulların aparıldığını qeyd edib.


Müəllif: Nemət