6 May 10:48
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya bazarında neft qiymətləri ötən həftə aşağı düşdükdən sonra bu gün artıb.

Teleqraf.com “İnterfaks”a istinadən xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 1 barel üçün 83,25 ABŞ dolları təşkil edib və bu da əvvəlki sessiyanın yekun qiymətindən 0,35 % çoxdur.

Nyu-York əmtəə birjasında “WTI” markalı neftin iyun fyuçersləri 0,38 % bahalaşaraq 1 barel üçün 78,41 ABŞ dolları olub.


Müəllif: Teleqraf.com