Qərb ölkələri Rusiya neftinə tavan qiymət limiti tətbiq etdikdən sonra türk dəniz sularında və boğazlarda neft tankerlərinin yığılması ilə bağlı G7 ölkələrinin koalisiyasından açıqlama gəlib.
Teleqraf.com xəbər verir ki, rus neftinə tavan qiymət tətbiqini dəstəkləyən G7-Avstraliya koalisiyasının rəsmisi, Türkiyə sularında tankerlərin iş rejiminin pozulmasına Rusiya neftinə qarşı sanksiyalar deyil, Türkiyənin yeni sığorta tətbiqi səbəb olduğunu bildirib.
Boğazdan keçə bilməyən gəmilərdən yalnız birinin Rusiya neftini daşıdığını, digər gəmilərin isə Qazaxıstandan neft daşıdığını, buna görə də tavan qiymət tətbiqinə tabe olmadığını vurğulanıb.
Qeyd edək ki, “Financial Times” Boğazdan keçmək üçün gözləyən 19-a yaxın neft tankerinin növbəyə düşdüyünü və Ankaranın gəmilərdən “yeni sığorta zəmanəti” tələb etdiyini yazıb.
Qurum rəsmisi bildirib ki, Qərbin qiymət tavanı siyasəti hər gəmidən özəl sığorta zəmanəti tələb etmir və bu vəziyyət Türkiyənin qaydaları ilə bağlıdır.