14 Dekabr 2014 03:02
1 167
12 Punto 14 Punto 16 Punto 18 Punto
İŞİD terror qruplaşmasının silahlıları İraqın Anbar əyalətindəki Əl Vəfa şəhərini nəzarətə alıb.

Teleqraf.com-un verdiyi xəbərə görə, bu barədə “Deyli Star” nəşri məlumat yayıb.

“Polis qüvvələri dekabrın 12-dən silahlılarla döyüşüb, lakin döyüş sursatının çatışmazlığı onları geri çəkilməyə və şəhəri əldən verməyə məcbur edib”, deyə nəşr şəhərin meri Hüseyn Kasarın sözlərini sitat gətirib.

Döyüşlərdə 19 polis əməkdaşının həlak olduğu bildirilir.

Beləliklə, Anbar əyalətində artıq üçüncü şəhər İŞİD-in nəzarətinə keçib. Bundan əvvəl silahlılar əyalətin Xit və Kubais şəhərlərini nəzarətə alıb.


Müəllif:

Oxşar xəbərlər