8 Dekabr 2022 10:57
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin bu ay ərzində Suriyanın şimalında quru əməliyyatına başlayacağına dair gözləntilər güclənərkən, ABŞ-dan əməliyyata qarşı açıq mesaj gəlib.

Teleqraf.com xəbər verir ki, ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə direktoru Con Kirbi belə bir əməliyyatın keçirilməsini istəmədiklərini deyib.

“Suriyanın şimalında dinc əhalini indikindən daha böyük riskə, Suriyadakı hərbçilərimizi və ya İŞİD-ə qarşı missiyamızı təhlükəyə atacaq hərbi əməliyyatların olmasını istəmirik”, - ABŞ rəsmisi vurğulayıb.

Bununla belə, Kirbi qeyd edib ki, ABŞ Türkiyənin özünümüdafiə hüququnu, xüsusən də terrora qarşı özünümüdafiə hüququnu tanıyır:

“Türk xalqının üzləşdiyi təhlükəni anlayırıq. Bununla belə, Suriyanın şimalında hərbi əməliyyatlara başlamaq ideyasının bu təhlükəni aradan qaldırmağın ən yaxşı yolu olduğuna inanmırıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər