8 Dekabr 2022 10:24
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Luqansk vilayətinin işğal olunmuş hissəsində müalicə olunmayan xəstələr məcburi şəkildə evə göndərilirlər. Onların tibb müəssisələrindəki yerlərini yaralı rus əsgərləri tutur.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın Milli Müqavimət Mərkəzi bildirib.

“Xəstələrin sıralaması yoxdur. Ağır yaralanan rusların sayı artır və işğalçıların onları yerləşdirməyə yeri yoxdur. Buna görə də separatçı Donetsk və Luqansk "respublikalarının” qondarma hakimiyyət orqanları mülki xəstələrə “resept” yazaraq xəstəxanalardan evə buraxır, beləcə yaralı rus əsgərləri üçün pulsuz yerlər tapmağa çalışırlar”, - məlumatda deyilib.


Müəllif: Nemət

Oxşar xəbərlər