8 Dekabr 2022 12:01
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Ermənistan arasında birbaşa uçuşlar bərpa olundu. Artıq yüklərin təyyarələrlə daşınması üçün işlər görülür. Eyni zamanda Alican sərhəd keçid məntəqəsinin açılışı üzərində də mütəxəssislər çalışır.

Teleqraf.com hurriyet.com.tr-yə istinadən bildirir ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşma prosesi ehtiyatlı addımlarla davam edir.

Türk saytının əldə etdiyi məlumata görə, yük təyyarələrinin uçuşlarının başlanması üçün işlər başa çatıb. İddia edilir ki, iki ölkə arasında uçuşlar 2022-ci ilin sonundan başlayacaq. Beləliklə, Gürcüstan üzərindən Ermənistanda aparılan türk malları artıq birbaşa hava yolu ilə bu ölkəyə göndəriləcək.

Üzərində çalışılan digər məsələ isə Alican sərhəd keçid məntəqəsinin açılması və üçüncü ölkə vətəndaşlarının iki ölkə arasında səyahət etməsinə icazə verilməsidir. Lakin yolda 128 metr uzunluğunda körpü var. Təhlükəsiz keçid üçün bu körpünün təmirə ehtiyacı var. Mövzu ilə bağlı bir neçə həftə əvvəl ekspertlər səviyyəsində görüş keçirilib. Lakin bölgədə qışın sərt keçməsi ilə əlaqədar bununla bağlı konkret addımların bir qədər vaxt aparacağı gözlənilir.


Müəllif: Nemət

Oxşar xəbərlər