8 Dekabr 2022 22:12
1 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Xarici İşlər Nazirliyində türk jurnalistlərlə keçirilən görüşdə Türkiyə-Fransa əlaqələri və digər aktual mövzular müzakirə edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti yazıb.

Görüşdən əldə edilən məlumata görə, Fransa Prezidenti Emmanuel Makronun yaxın vaxtlarda Türkiyəyə səfər edəcəyi gözlənilmir.

Nəşr Türkiyə və Fransa rəsmilərinin təmasda olduğunu, ikitərəfli əlaqələrlə yanaşı, Liviya, Suriya və Şərqi Aralıq dənizi kimi məsələlərin də müzakirə edildiyini, hər iki tərəfin də prezidentin səfəri zamanı müsbət təmasların olmasını istədiyini bildirib.

Bununla belə, Fransa tərəfinin Prezident Rəcəb Tayyib Ərdoğanın Şərqi Aralıq dənizi ilə bağlı konfransın təşkili təklifini müsbət qarşıladığı bildirilib. Fransanın bu mövzuda ayrı bir gündəminin olmadığı və BMT parametrlərinə uyğun həll istədiyi qeyd edilib.

Habelə Fransanın 2021-ci ilin oktyabrında Yunanıstanla imzaladığı Müdafiə və Təhlükəsizlik Sahəsində Əməkdaşlıq Strateji Tərəfdaşlıq Sazişinin məqsədinin gərginliyi artırmaq olmadığı türk jurnalistlərin diqqətinə çatdırılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər