ABŞ Konqresinə “TikTok” sosial şəbəkəsini qadağan edən qanun layihəsi təqdim edilib.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ rəsmiləri buna bir neçə səbəb göstərir. Əsas səbəb isə sosial platformanın Çin tərəfindən idarə edilməsidir. Beləki, Çin hazırda ABŞ-la əks mövqedə dayanır.
Bildirilir ki, “TikTok”dakı məlumatlar Çin hakimiyyəti tərəfindən istifadə edilir və bununla da təhlükəsizlik şübhə altına alınır.