Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus əmisinin Efiopiyanın Tiqray bölgəsində Eritreya əsgərləri tərəfindən öldürüldüyünü açıqlayıb.
Teleqraf.com xəbər verir ki, ÜST-nın baş direktoru BMT-nin Cenevrə Bürosunda jurnalistlərlə görüşüb.
İclasda ümumilikdə COVID-19-un gələcək vəziyyəti ilə bağlı sualları cavablandıran Qebreyesus əmisi öldürüldükdən sonra, vəziyyəti yaxşı olmadığı üçün az qala görüşü ləğv etmək qərarına gəldiyini deyib:
“Ümid edirəm ki, sülh sazişi davam edəcək və bu dəlilik bitəcək. Amma bu, mənim üçün çox çətin andır. Eyni hadisədə daha 50 nəfər öldürülüb".
Eritreya informasiya naziri Yemane Gebremeskel iddialarla bağlı sualları cavablandırmayıb.
Efiopiyada mərkəzi hökumət bu yaxınlarda onlara qarşı qiyam qaldıran Tiqray Xalq Azadlıq Cəbhəsi (TPLF) ilə döyüşləri dayandırmaq üçün razılaşma əldə etmişdi.
Efiopiyada ordu ilə TPLF arasında 2020-ci ilin noyabr ayında başlayan qarşıdurmalar minlərlə insanın ölümünə və yüz minlərlə insanın evlərini tərk etməsinə səbəb olub.