19 Dekabr 2022 13:25
1 593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamentinin (AP) sədri Roberta Metzola Ukraynaya daha çox hərbi, maliyyə və humanitar yardım göstərməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, AP rəhbəri müharibənin Ukraynanın qələbəsi ilə başa çatmalı olduğunu bildirib.

“Müharibə təcili dayandırılmalıdır. Və Ukrayna bu müharibədə qalib gəlməlidir. Bu, Ukraynaya daha çox silah, maliyyə və humanitar yardım, daha çox praktik həmrəylik və Rusiyaya qarşı daha çox sanksiya deməkdir”, - Metzola qeyd edib.

AP rəhbəri vurğulayıb ki, Ukraynanın silaha ehtiyacı var və Avropa bunu təmin etməklə ona kömək edə bilər.

Bundan əlavə, Metzola Ukraynaya qarşı hərbi cinayətləri araşdırmaq üçün xüsusi tribunalın yaradılmasına çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər