Beynəlxalq sanksiyalara baxmayaraq, Rusiya Suriyada Bəşər Əsədin hakimiyyəti altında olan torpaqlara minlərlə ton Ukrayna taxılı göndərib.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə “Röters” agentliyi çıxış edib.
Nəşr yazır ki, boğazlar vasitəsilə Dəməşqə taxıl axını sürətlənib. Rusiya ABŞ sanksiyaları səbəbindən diqqət çəkməyən donanmalarla Krımdan bu il Suriyaya 500 min tondan çox taxıl göndərib. Son bir ildə Qara dənizdəki Sevastopol limanından boğazları keçərək Suriyaya göndərilən taxılın miqdarı 17 dəfə artıb. Bu, Suriyanın taxıl idxalının üçdə birinə uyğundur.
Ukrayna Rusiyanı taxılını oğurluğunda ittiham edir. Ölkə rəsmilərinin fikrincə, Rusiya gəmilərinin Krımdan göndərdiyi taxılın böyük hissəsinin Ukraynaya aiddir, Rusiya isə bu ittihamları rədd edir.
Rusiyanın nəzarətində olan Krımda taxıl istehsalı müharibəyə baxmayaraq davam edir.
Ukrayna müharibəsindən əvvəl Krıma səfəri zamanı Suriya rəsmiləri ölkələrinin 1,5 milyon ton taxıla ehtiyacı olduğunu açıqlamışdı.
Qeyd edək ki, Türkiyə və BMT-nin vasitəçiliyi ilə iyul ayında İstanbulda Rusiya və Ukrayna arasında taxıl sazişi imzalanıb. Razılaşma çərçivəsində Ukrayna limanlarında minlərlə ton taxıl boğazlardan keçərək dünya bazarlarına çatdırılır.