Parisdə kürd icmasının üzvləri ilə polis arasında qarşıdurma yaşanıb.
Teleqraf.com xəbər verir ki, Fransa paytaxtında əlbəyaxa dava zamanı 5 polis əməkdaşı yaralanıb.
Kürdlər asayiş keşikçilərinə hücum edib. Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Bir nəfər saxlanılıb.
Dekabrın 23-də bir nəfər Parisin onuncu dairəsində, Kürd Mədəniyyət Mərkəzinin yaxınlığında, Enqien küçəsində atəş açıb. O, saxlanılıb, lakin hadisənin motivləri məlum deyil. Atışmanı törədən şəxsin 2021-ci ildə miqrant mərkəzinə hücum etdiyi üçün mühakimə olunduğu iddia edilir.
Son məlumata görə, atışma nəticəsində 3 nəfər ölüb.