Görünən budur ki, Rusiya Belarus ərazisindən böyük hücuma hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitik təhlilində deyilir.
ISW analitiklərinə görə, Rusiya Belarusdan hücum hazırlığının əlamətlərini göstərməklə məşğuldur: “Məsələn, ötən gün Belarus nümayişkaranə şəkildə öz ərazisində səhra xəstəxanalarının yerləşdirildiyini elan etdi”.
Analitiklərin fikrincə, sahə xəstəxanaları hücuma hazırlığın quru faktıdır. Məsələn, kütləvi informasiya vasitələri fevralın 24-dən əvvəl - işğalı ərəfəsində Belarusa tibbi avadanlıqların daşınmasını müşahidə etmişdilər.
Ayrıca Rusiya Belarusda qış kamuflyajlı ağır texnikaların üzərindən hücumla bağlı söz-söhbəti gücləndirir. Bununla belə, Rusiya qoşunlarının başqa istiqamətlərdə hücuma keçməsi üçün real əsaslar var. Məsələn, Luqansk vilayətinin şimal-qərbinə”, - təhlildə deyilir.
Dekabrın 23-də cəbhənin bu hissəsində Ukrayna Silahlı Qüvvələrin Baş Qərargahı şəxsi heyətin, hərbi texnikanın və döyüş sursatlarının daşınmasında artım müşahidə edib. Xerson və Xarkov ərazilərindən elit qüvvələr Luqanskda köçürülüb.
Amerikalı analitiklər Rusiya Silahlı Qüvvələrinin Dnepr üzərindən Xerson vilayəti və Zaporoje bölgəsinə hücumunu çətin hesab edirlər. Rusiya həmçinin Oskil çayının qərbində “itirilmiş torpaqlar”ını bərpa etmək üçün Luqanskdan Xarkov vilayətinin cənub-şərqinə zərbələr endirməyə cəhd edə bilər. Amma ekspertlər belə bir əməliyyatın uğuruna şübhə ilə yanaşırlar, çünki bu yöndə ərazi və mövqe üstünlüyü Ukrayna ordusunun tərəfindədir.
Amerikalı ekspertlərin fikrincə, Belarus ərazisindən hücum ehtimalını artırmaq Rusiyanın apardığı “psixoloji savaş”ın bir hissəsi də ola bilər.
Müharibə Araşdırmaları İnstitutu Belarus ərazisindən hücumu ən pis ssenari hesab edir. Hazırda ISW Rusiyanın Belarusdan Ukraynaya müdaxiləsi riskini aşağı, amma mümkün kimi qiymətləndirir.