24 Dekabr 2022 12:13
1 267
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın 130-dan çox keçmiş yüksək vəzifəli rəsmisi hakimiyyəti ölkənin üçüncü prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvilini xaricə müalicəyə göndərməyə çağırış edib.

Teleqraf.com xəbər verir ki, çağırışda Saakaşvilinin işgəncə ilə öldürülməsinin son dərəcə zərərli daxili və xarici siyasi nəticələri olacağı bildirilir.

Bəyanatda qeyd edilir ki, ölümcül nəticə Gürcüstandakı mövcud qütbləşməni nəinki dərinləşdirəcək, həm də bunu yaxın gələcəkdə aradan qaldırmaq mümkün olmayacaq.

Bəyanata imza atan Gürcüstanın dördüncü prezidenti Georgi Marqvelaşvili deyib:

“Həm gürcü, həm də amerikalı tibb ekspertlərindən ibarət müstəqil qrupun qiymətləndirmələri birmənalı şəkildə təsdiqləyir ki, Gürcüstanda Prezident Mixail Saakaşvilinin həyatını xilas etmək mümkün olmayacaq və proses işgəncəli ölümlə başa çatacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər