“Pentaqonun “anonim rəsmiləri”nin Kremlə “başəzici zərbə” vuracaqları ilə bağlı açıqlamaları, Rusiyanın dövlət başçısının fiziki məhv edilməsini nəzərdə tutur”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Pentaqonun bəzi “anonim rəsmiləri” Kremlə “başəzici zərbə” vurmaqla hədələyirlər, əslində söhbət Rusiyanın dövlət başçısının (Vladimir Putin) fiziki məhv edilməsi təhlükəsindən gedir. Əgər belə ideyalar həqiqətən kimsə tərəfindən ortaya atılıbsa, həmin şəxs bunun mümkün nəticələri barədə çox diqqətlə düşünməlidir”, - nazir bildirib.
Lavrov nüvə sahəsində Qərbdən gələn qarşıdurma siqnallarını xatırladıb:
“Görünür, nəzakətdən tamamilə əl çəkiblər. Bütün bunlar məşhur Liz Trass (Britaniyanın keçmiş baş naziri) seçkiqabağı debat zamanı nüvə hücumu əmrini verməyə hazır olduğunu dedikdə xüsusilə bəlli oldu”.