20 Dekabr 2014 06:37
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran və "altılıq" ölkələri (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa,Almaniya) arasında nüvə danışıqlarının növbəti raundu 2015-ci ilin yanvarında davam edəcək.

Teleqraf.com-un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki bildirib.

“Cenevrədə İranın nüvə proqramına həsr olunmuş danışıqların ötən raundu hər iki tərəf üçün faydalı olub. Danışıqlar yanvar ayında davam edəcək, amma onun baş tutacağı dəqiq tarix hələ ki, razılaşdırılmayıb” – deyə Psaki bildirib.

Bundan əvvəl Rusiya mənbələri nüvə danışıqlarının 2015-ci il, yanvarın 20-dək baş tutacağını bildirmişdilər.


Müəllif:

Oxşar xəbərlər