20 Dekabr 2014 20:41
1 815
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hadisə belə baş verib: 17 yaşlı oğlan 15 yaşlı sevgilisi ilə danışmaq üçün ona mobil telefon bağışlayıb. Bir müddət mehriban münasibətdən sonra qızdan açıq-saçıq şəklini göndərməsini istəyib və qız da sevgilisinin bu istəyini yerinə yetirib.
Teleqraf.com-un məlumatına görə, oğlan qızın fotosunu əldə etdikdən sonra qızın evdən çölə çıxmamasını tələb edir. Məktətəb gedib-gələn qız oğlanın qəzəbinə tuş gəlir. 17 yaşlı oğlan sevgilisinin həmin şəkillərini onun qardaşına göndərir.
Bundan əvvəl də bir dəfə telefonla danışdığı üçün qardaşı tərəfindən döyülərək xəstəxanaya düşən qız problemi anasına xəbər verib və qardaşının onu öldürəcəyindən qorxduğu üçün evdən qaçır.
Bakıya gələn 15 yaşlı qız bir gün parkda gecələyir. Səhəri gün qızı parkda ağlayan görən naməlum qadın “Təmiz dünya” İctimai Birliyinə zəng edərək bu barədə təşkilat əməkdaşlarını məlumatlandırır.
Mehriban xanım qız barədə məlumat aldıqdan sonra onu sığınacağa gətirdiklərini deyir: “Nümayəndələrim qızı parkdan sığınacağa gətirdilər. Söhbət etdikdə məlum oldu ki, qızın atası Qarabağ əlili olub və xəstəlikdən vəfat edib. Polislə əməkdaşlıq etdik. Rayon polisi özü bizimlə əlaqə saxladı və polis vasitəsilə qızı ailəsinə, daha doğrusu əmisinə təhvil verdik. Hər hansı bir cinayətin və ya xoşagəlməz halın baş verməməsi üçün polis hazırda həmin ailəni ciddi nəzarətdə saxlayır. Qızın ailəsi onu şantaj edən yeniyetmə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edəcək”. /anspress.com/

Müəllif:

Oxşar xəbərlər