İŞİD terror qruplaşması həkimlərdən nəinki ölmüş silahlıların, həmçinin uşaqlar da daxil olmaqla sağ əsirlərdən orqanlarını çıxarmağa məcbur edirlər.
Teleqraf.com-un verdiyi xəbərə görə, bu barədə Daily Mail iraqlı həkimlərə istinadən məlumat yayıb.
Məlumata görə, silahlılar insan orqanlarının satışından böyük mənfəət əldə edirlər. Orqanların çıxarılması İraqın şimalında İŞİD-in nəzarətində olan Mosul şəhərinin xəstəxanalarında həyata keçirilir.
“Əməliyyatlar xəstəxanalarda keçirilir, orqanlar qara bazara çıxarılaraq satılır. Orqanlar nəinki ölmüş silahlılardan, həmçinin yaralı və sağ əsirlərdən də götürülür”, deyə “Əl Monitor news” nəşrinin hazırladığı hesabatda qeyd olunur.
Hesabata əsasən, çıxarılan orqanlar Səudiyyə Ərəbistana və Türkiyəyə ötürülür.
Hesabatda, həmçinin, İŞİD silahlılarının Əfqanıstanda istehsal olunmuş heroinin qaçaqmal yolu ilə Avropaya çatdırılmasını təmin etdikləri bildirilir. Belə ki, hesabatın müəllifləri Rusiya Narkotiklərə Nəzarət Federal Xidmətinə istinadən iddia edirlər ki, İŞİD Əfqanıstan heroininin Avropaya tədarükünün yarısını təmin etməklə böyük məbləğdə gəlir edir.