İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı İraqın ən böyük neft emalı zavodunun yerləşdiyi Beyci şəhərinə hücum edib.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bəzi mənbələrdə şəhərin İŞİD-in nəzarətinə keçdiyi bildirilir. Rəsmilər isə məsələ ilə bağlı məlumat verməyib.
Qeyd edək ki, İraq Müdafiə Nazirliyi noyabrın 19-da Beycinin azad olunması ilə bağlı məlumat yayıb.
Samir