"Qəddafinin aqibəti ilə üzləşə bilərsən"
Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər Komitəsinin rəhbəri Aleksey Puşkov Belarus prezidenti Aleksandr Lukaşenkoya ABŞ-la "dostluğun" onun üçün pis qurtara biləcəyini xatırladıb.
Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, Puşkov bu barədə öz Twitter hesabında yazıb.
"Miloşeviç, Qəddafi, Səddam Hüseyn də ABŞ-la dostluğa cəhd ediridi. Onların taleyi məlumdur. Hazırda ABŞ Lukaşenkoya "yeni münasibətlər" təklif edir. Təcrübə təhlükəlidir...", - Puşkov yazıb.
Bundan öncə Belarus prezidenti Kiyevdə Ukrayna prezidenti Petro Poroşenko ilə görüşündə bildirib ki, Minsk bu ölkənin problemlərinin həlli üçün əlindən gələn köməyi etməyə hazırdır.
Nihad