Rusiya Prezidenti Vladimir Putin çinli həmkarı Si Cinpinlə videokonfrans formatında görüşüb.
Teleqraf.com xəbər verir ki, görüş zamanı Rusiya və Çin orduları arasında əməkdaşlıq mövzusu müzakirə edilib.
"Çin Ukrayna böhranının sülh yolu ilə həllində konstruktiv rol oynayacaq", - deyə Si bildirib.
Putin qeyd edib ki, Rusiya ilə Çin arasında əlaqələr mühüm sınaqlardan keçib:
"Münasibətlərimiz bütün sınaqlara qarşı dözümlülük və sabitlik nümayiş etdirir. Ölkələrimiz arasında olan dinamik inkişaf davam edir. Bu əlaqələr XXI əsrdə böyük dövlətlərin əməkdaşlığı fonunda ən yaxşı modeldir”.
Həmçinin, Putin, 2023-cü ilin yazında Si Cinpini Moskvaya dəvət edib.