31 Dekabr 2022 16:35
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski Almaniya kansleri Olaf Şolza müraciət edərək deyib ki, 2023-cü ildə “Zaytenvende” (Zeitenwende) birgə qələbə ilə yekunlaşmalıdır.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı G7-nin Ukrayna gündəminin, maliyyə və texniki yardım, eləcə də Avropa Birliyi üzvlüyünə namizəd statusunun ölkəsi üçün vacib olduğunu bildirib.

“Silah, bir milyondan çox ukraynalı üçün sığınacaq, G7-nin öncüllüyü, maliyyə və texniki yardım, AB-yə üzv olmaq üçün namizəd statusu. “Zeytenvende” üçün təşəkkür edirik, cənab Olaf Şolz! 2023-cü ildə bunu birgə qələbəmizlə başa vurmalıyıq”, - Zelenski vurğulayıb.

“Zaytenvende” çıxışı Olaf Şolzun fevralın 27-də Bundestaq qarşısında etdiyi müraciətdir. Kanslerin çıxışı Rusiyanın bundan üç gün əvvəl Ukraynaya işğalçı hücuma reaksiya idi. Şolz hücumu “tarixi dönüş nöqtəsi” (Zeitenwende) adlandırmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər