1 Yanvar 2023 11:51
420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın paytaxtı Kabilda beynəlxalq hava limanında törədilən partlayış nəticəsində azı 10 nəfər ölüb, 8 nəfər yaralanıb.

Teleqraf.com “Al-Jazeera”ya istinadən xəbər verir ki, bu barədə “Taliban” hökuməti bildirib.

Məlumata görə, hadisə baş verən ərazidə yollar bağlanıb. Partlayış törədilən əraziyə hərbçi, təcili tibbi yardım briqadaları cəlb olunub.

Bununla yanaşı, Əfqanıstan Daxili İşlər Nazirliyinin binası yaxınlığında, hava limanına gedən yolda yanğın da baş verib.

***

08:43

Əfqanıstanın paytaxtı Kabil şəhərində hava limanı yaxınlığında partlayış baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin "Khaama Press" agentliyi məlumat yayıb.

Eyni zamanda, "Al Jazeera" telekanalı bildirir ki, partlayış nəticəsində ölənlər və yaralananlar var.

Partlayışın səbəbi, ölənlər və yaralananların sayı barədə məlumat verilmir.


Müəllif: Teleqraf.com