Suriyanın şimal-qərbində məktəb avtobusu partladılıb.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, yayılan məlumatlarda partlayış nəticəsində 4 uşağın öldüyü, 10-nun isə yaralandığı bildirilir.
Rəsmilər hadisənin İdbil əyalətində baş verdiyini açıqlayıblar. Onların sözlərinə görə, Əsəd qüvvələrinin hava hücumları zamanı mərmilərdən biri məktəb avtobusuna tuş gəlib.
Xəstəxanadan isə ölü sayının arta biləcəyini qeyd edirlər.
Samir