6 Yanvar 2023 21:28
1 252
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ordusunun 101-ci Hava-Desant Diviziyasının hərbçiləri Rumıniyanın Konstansa şəhəri yaxınlığındakı aviabazada təlimlərini davam etdirir.

Teleqraf.com xəbər verir ki, şəhər Rusiyanın ilhaq etdiyi Krımdan raketlə cəmi yeddi dəqiqəlik məsafədədir.

101-ci Hava Desant Diviziyası ABŞ Prezidenti Co Baydenin NATO-nun son iclasından sonra verdiyi qərarla İkinci Dünya Müharibəsindən sonra Avropada yerləşdirilən ilk Amerika diviziyasıdır.

“Nyu-York Tayms” qəzetinin məlumatına görə, sözügedən diviziya aylardır Rusiya sərhədində artilleriya atəşi, helikopter hücumu və səngər qazma kimi fəaliyyətləri həyata keçirir.

Hərbi analitik Bekka Vasser deyir ki, diviziya komandiri və şəxsi heyətinin Ukrayna sərhədinə bu qədər yaxın olması simvolik anlamdan daha böyük məna daşıyır. Onun fikrincə, ABŞ bu yolla bildirir ki, Rusiya müharibəni NATO ərazisinə keçirsə, minlərlə əsgərin və silahın hara yerləşdiriləcəyinə tez qərar vermək mümkün olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər