13 Yanvar 2023 12:34
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Stokholm PKK terror təşkilatı ilə mübarizə üçün qətiyyətli tədbirlər görməyincə, Ankara İsveçin NATO üzvlüyünə dəstək verməyəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir qeyd edib ki, PKK İsveçin NATO-ya üzvlük prosesinin altında “mina” yerləşdirir.

“Rəsmi Stokholm bu cür hərəkətlərə adekvat cavab verməsə, İsveçin NATO-ya üzvlüyü ilə bağlı gözlədiyi cavabı verməyəcəyik. İsveç öz seçimini etməlidir”, - Çavuşoğlu bildirib.

Türkiyənin xarici işlər naziri vurğulayıb ki, Ankara Stokholmdan terror təşkilatlarının fəaliyyəti ilə mübarizə ilə bağlı imzaladığı memorandumun icrasını gözləyir. Bu, Türkiyənin İsveçin alyansa üzvlüyünü təsdiqləməsi üçün şərtdir. Həmin sənəd ötən ilin iyununda NATO-nun Madriddə keçirilən sammiti çərçivəsində imzalanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər